"Lester" Van Nistelroyun əvəzinə 2 nəfər tapıb

"Lester"in baş məşqçisi Rud van Nistelroy mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.
90plus.az xəbər verir ki, klub rəhbərliyi hələlik van Nistelroyun yerini tutacaq şəxs barədə qərar qəbul etməyib.
Hazırda Russell Martin və Dani Rol əsas namizədlər arasında göstərilir. Bununla belə, klub rəhbərliyi van Nistelroya ehtiram əlaməti olaraq, onunla yollar rəsmən ayrılana qədər heç bir namizədlə danışıqlara başlamağı düşünmür.
Xatırlatma: "Lester" bu mövsümün sonunda Premyer Liqa ilə vidalaşacaq.
© Copyright 2025, All Rights Reserved