Levandovski 100 milyon avroluq təklifi rədd etdi: "Barselona"da qalacaq

"Barselona"nın ulduz hücumçusu Robert Levandovski ilə bağlı gündəmə bomba kimi düşən bir iddia yayılıb.
90plus.az xəbər verir ki, adının açıqlanmasını istəməyən Səudiyyə Ərəbistanı Pro Liqası klublarından biri polşalı forvarda illik 100 milyon avro dəyərində nəhəng müqavilə təklif edib.
Bu təklif Səudiyyə Ərəbistanı klublarının dünya ulduzlarını transfer etmək istəklərinin hansı səviyyəyə çatdığını bir daha göstərib.
37 yaşlı təcrübəli hücumçu bu astronomik təklifi heç düşünmədən rədd edib. Levandovski Avropa futbolunun zirvəsində qalmaq və karyerasını "Barselona"da davam etdirmək qərarını verib.
2024/25 mövsümündə "Kataloniya" təmsilçisinin heyətində bütün turnirlərdə 52 oyuna çıxan Levandovski rəqib qapılarına 42 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstərici ilə o, komandasının ən vacib qol silahına çevrilib.
© Copyright 2025, All Rights Reserved