Levandovski daha “Barsa”ya lazım deyil, yollar ayrılır

“Barselona” Robert Levandovski ilə yolları ayırır❗️
90plus.az xəbər verir ki, “Barselona” mövsümün sonunda Robert Levandovski ilə müqaviləni yeniləməyəcək. “Sport” nəşri yazır ki, polşalı hücumçunun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır və onunla yeni razılaşma imzalanması planlaşdırılmır.
Levandovskinin yüksək maaşı — ildə təxminən 26 milyon avro qazanması — bu qərarın əsas səbəblərindən biri kimi göstərilir. Beləliklə, 2022-ci ildə “Barselona”ya qoşulan 37 yaşlı forvardın Kataloniya macərası 2024/25 mövsümünün sonunda başa çatacaq.
İspan mediasının məlumatına görə, Levandovski karyerasını bitirməyi düşünmür və Avropada daha bir-iki mövsüm yüksək səviyyədə çıxış etmək niyyətindədir. O, Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etməyi planlaşdırır.
Polşalı futbolçunun gələcəkdə Kataloniyada məskunlaşmaq istədiyi də bildirilir.
© Copyright 2025, All Rights Reserved