Levandovski: “Harada oynamaq istədiyimi bilmirəm”
“Barselona”nın hücumçusu Robert Levandovski mövsümün sonunda başa çatan müqaviləsi fonunda klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, polşalı futbolçu bildirib:
“Qərar vermək üçün hələ vaxtım var. Hazırda harada oynamaq istədiyimi bilmirəm. İndidən bu barədə düşünməyə ehtiyac yoxdur. Hansı istiqaməti seçəcəyimi bilmirəm, amma üzərimdə heç bir təzyiq yoxdur.
Maraqlanan klublarla bağlı baş məşqçi ilə danışmıram. Məsələ maaşımı yarıya endirmək deyil. Çox şey klubun planlarından və mənim nə istədiyimdən asılıdır.”
Levandovskinin bu açıqlamaları onun gələn yay “Kamp Nou”dan ayrılma ehtimalının olduğunu göstərir.
Onun yaşı, fiziki durumla bağlı yaşadığı çətinliklər və sabit çıxış edə bilməməsi “Barselona”da qalacağına dair suallar yaradıb. 37 yaşlı hücumçunun yüksək maaşı isə “blauqrana” üçün ciddi maneə hesab olunur.
© Copyright 2026, All Rights Reserved