Levandovski İtaliya A Seriyasına gedir
“Barselona” ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, Turinin “Yuventus” klubu polşalı hücumçunu heyətinə qatmaq niyyətindədir. Məlumata görə, Turin təmsilçisi yayda azad agent olacaq 37 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Xatırlatma: “Barselona” Robert Levandovskini 2022-ci ilin yayında Almaniyanın “Bayern Münhen” klubundan transfer etmişdi. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 34 rəsmi oyunda iştirak edib, 14 qol vurub və 3 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved