Levandovski: “Messi və Ronaldo olmasaydı, daha çox qazanardım”

“Barselona”nın hücumçusu Robert Levandovski Lionel Messi və Kriştiano Ronaldoya qarşı idman rəqabəti barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, polşalı ulduz Messi və Ronaldo ilə eyni dövrdə oynamasını titul sayı baxımından bəxtsizlik hesab edib:
“Ronaldo və Messinin olduğu dövrdə oynadım və demək olar ki, əgər onlar son 15 ildə burada olmasaydılar, bəlkə də daha çox titul qazanardım.
Həmin müddətdə Messi “Barselona” üçün 700-dən çox qol vurdu, Ronaldo isə “Real Madrid”də 450-dən çox qolun müəllifi oldu. Amma mən buna başqa cür baxıram. Mənim futbol həyatım onların dövründə keçibsə, deməli daha çox şey əldə etmişəm”.
© Copyright 2025, All Rights Reserved