Levandovski millini tərk etdi

Robert Levandovski ilə Polşa millisinin baş məşqçisi arasında müharibə davam edir.
90plus.az xəbər verir ki, Robert Levandovski bildirib ki, artıq Mixal Probjeşin rəhbərliyi altında Polşa millisində oynamayacaq
“Olan şərait və itirilmiş etimadı nəzərə alaraq, onun baş məşqçi olduğu müddətdə Polşa milli komandasında oynamaqdan imtina etmək qərarına gəldim,”
“Ümid edirəm ki, dünyanın ən yaxşı azarkeşləri üçün yenidən oynamaq imkanım olacaq.”
Ötən günlərdə baş məşqçi açıqlamasında Robert Levandovski barədə bunları demişdi:
"Robert milliyə çağırılmayıb, bu, normal bir haldır. Bu mövsüm 4 min dəqiqə oyun keçirib. Onun yaşı çoxdur və ona hörmətlə yanaşılmalıdır."
Bunun ardından Levandovskidən kapitanlıq sarğısı alınıb.
© Copyright 2025, All Rights Reserved