Levandovski yalnız Ronaldo və Messidən geri qalır
"Barselona"nın forvardı Robert Levandovski "Nyukasl"a qarşı Çempionlar Liqasının 1/8 final matçında iki qol vuraraq dubla imza atıb.
90plus.az xəbər verir ki, Polşa yığmasının hücumçusu 56 və 61-ci dəqiqələrdə fərqlənib.
Bununla da onun UEFA Çempionlar Liqasındakı qol sayı 109-a çatıb. Bu nəticə Levandovskini turnir tarixində ən çox qol vuran oyunçular siyahısında üçüncü pilləyə yüksəldir. Ondan öndə isə yalnız Lionel Messi (129 qol) və Cristiano Ronaldo (141 qol) qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved