“Liverpul” 17 yaşlı müdafiəçi aldı! RƏSMİ

“Liverpul”dan gənc istedada imza – Uill Rayt rəsmən transfer olundu.
90plus.az xəbər verir ki, “Liverpul” gənc futbolçu Uill Raytın transferini rəsmiləşdirib. 17 yaşlı müdafiəçi “Salford Siti”dən transfer olunub və artıq sənədləşmə prosesi tamamlanıb.
Məlumata görə, tərəflər son 12 saat ərzində razılığa gəlib və müqavilə imzalanıb. Will Rayt “Liverpul”la 2028-ci ilin yayına qədər, 3 illik müqaviləyə qol çəkib.
Ən maraqlı məqamlardan biri isə odur ki, “Liverpul” bu transferdə “Arsenal”ı qabaqlayıb. Klub, gənc futbolçunun razılığını “Salford Siti” ilə birbaşa, şifahi şəkildə əldə edib və sövdələşməni qısa zamanda yekunlaşdırıb.
Tanınmış insayder Fabrizio Romano transferi təsdiqləyib.
Uill Rayt “Liverpul”un gələcək planlarında önəmli yer tuta bilər. Klubun akademiyasında bu yaşda olan oyunçuların inkişafına xüsusi diqqət ayrılır.
© Copyright 2025, All Rights Reserved