“Liverpul” Arauxo haqda qərarlıdır

“Liverpul” Ronald Arauxo üçün 43 milyon avroluq təklif göndərməyi planlaşdırır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəngi “Liverpul” “Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxonu transfer etmək istəyir. Klubun bu keçid üçün 43 milyon avroluq təklif göndərməyi planlaşdırdığı bildirilib.
Arauxo ilə maraqlanan tək klub “Liverpul” deyil. İngiltərə təmsilçisi “Tottenham” da uruqvaylı müdafiəçinin xidmətlərini əldə etmək istəyir.
Arauxonun gələcəyi barədə qərar yaxın həftələrdə müəyyənləşə bilər, çünki “Barselona” rəhbərliyi də satış qərarını verməlidir.
🔗: Fichajes
© Copyright 2025, All Rights Reserved