"Liverpul" "Arsenal" qarşısında 2 qolluq üstünlüyü qoruya bilmədi

İngiltərə Premyer Liqasının 36-cı turunda artıq iki həftə əvvəl çempionluğunu elan etmiş "Liverpul" doğma meydanda "Arsenal" ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, "Enfild" stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Oyun "Liverpul"un üstünlüyü ilə başladı. 20-ci dəqiqədə Qakpo hesabı açdı, cəmi iki dəqiqə sonra Diaz fərqi iki topa çatdırdı. Komandalar fasiləyə 2:0 hesabı ilə yollandı.
İkinci hissədə isə oyunun ssenarisi dəyişdi. "Arsenal" 47-ci dəqiqədə Martinelli ilə hesabı 2:1 etdi. 71-ci dəqiqədə Merinonun vurduğu qolla hesab bərabərləşdi: 2:2.
Matçın 79-cu dəqiqəsində Merino ikinci sarı vərəqə ilə meydanı tərk etdi və "Arsenal" son 10 dəqiqəni bir nəfər azlıqda oynadı. Buna baxmayaraq, son bölümdə hesab dəyişmədi.
Matçın 67-ci dəqiqəsində oyuna daxil olan Trent Aleksander-Arnold "Liverpul" azarkeşləri tərəfindən etirazla qarşılandı. İngilis futbolçu bu yaxınlarda yeni müqavilə imzalamayacağını və komandadan ayrılmaq niyyətində olduğunu açıqlamışdı.
Növbəti tur:
"Liverpul" növbəti turda "Brayton" səfərinə yollanacaq.
"Arsenal" isə öz meydanında "Nyukasl Yunayted"i qəbul edəcək.
© Copyright 2025, All Rights Reserved