"Liverpul" Bundesliqadan futbolçu alır
"Leypziq" futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqadə davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Liverpul" Fil Dişi Sahili milli komandasının üzvünü heyətinə qatmaq istəyir.
Almaniya klubu futbolçunun qiymətini açıqlayıb: 19 yaşlı vinger üçün 100 milyon avro tələb olunur.
Qeyd: "Leypziq" Yan Diomandeni mövsümün əvvəlində "Leqanes"dən 20 milyon avroya transfer edib. Gənc hücumçu Bundesliqada 26 rəsmi matçda çıxış edərək 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved