"Liverpul" futbolçusunu komandada saxlamaq istəyir

Bu mövsüm göstərdiyi uğurlu çıxışla diqqət çəkən Rayan Qravenberxin "Liverpul"da qalması üçün klub hərəkətə keçib.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi, "Real Madrid"in transfer hədəfində olan niderlandlı yarımmüdafiəçinin müqaviləsini yeniləməyi düşünür. Bu barədə "TalkSport" məlumat yayıb.
Mersisayd klubu 23 yaşlı dayaq yarımmüdafiəçisinə yaxın günlərdə yeni və uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.
Xatırlatma: "Liverpul" Rayan Qravenberxi 2023-cü ilin yayında "Bavariya" klubundan 40 milyon avro qarşılığında transfer etmişdi. Niderland millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində keçirdiyi 5 rəsmi oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved