"Liverpul" İsak transferində israrlıdır

90plus.az xəbər verir ki, “Liverpul” komandası “Nyukasl”ın hücumçusu Aleksandr İsak üçün ikinci dəfə təklif verməyə hazırdır.
Bu addım “Nyukasl” klubunun Almaniyanın “Ştutqart” klubundan yeni hücumçu Nik Voltemadeni heyətinə qatmasından sonra atılacaq.
Bir neçə mənbənin məlumatına görə, “Nyukasl” Voltemadeyə 80 milyon avrodan çox bir məbləğ ödəməyi planlaşdırır və o, klubun yeni aparıcı hücumçusu olacaq.
“Nyukasl” rəsmən İsakın satışda olmadığını açıqlasa da, İsak özü “Liverpul”a keçməkdə israrlıdır və klub da nəhayət razılaşa bilər.
© Copyright 2025, All Rights Reserved