"Liverpul" İstanbula itkilərlə gedir
“Liverpul” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə “Qalatasaray”la üz-üzə gələcək.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi bu qarşılaşmaya bir neçə önəmli itki ilə çıxacaq. Klubun mətbuat xidməti bununla bağlı məlumat paylaşıb.
Belə ki, qapıçı Alisson Beker, müdafiəçi Konor Bredli, yarımmüdafiəçilər Vataru Endo və Federiko Kyeza, eləcə də hücumçu Aleksandr İsak komandaya kömək edə bilməyəcək. Zədə səbəbindən bu futbolçular komanda ilə birlikdə İstanbula səfər etməyiblər.
“Qalatasaray” – “Liverpul” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
© Copyright 2026, All Rights Reserved