“Liverpul” Jotanın müqaviləsindən qalan pulu ailəsinə ödədi

“Liverpul” dünyasını dəyişən Dioqo Jotanın müqaviləsinə əsasən qalan məbləği ailəsinə tam şəkildə ödəyib.
90plus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Arne Slot məlumat verib.
Bu addım futbol dünyasında nadir jest kimi qiymətləndirilir. Slot açıqlamasında bildirib:
“Onlar Jotanın həyat yoldaşı və uşaqlarına müqavilədən qalan bütün məbləği ödədilər. Ola bilər kənardan bu normal görünsün, amma futbolda belə hallara çox az rast gəlinir.”
Xatırlatma: 29 yaşlı hücumçu qardaşı Andre Silva ilə birlikdə İspaniyada qəzaya düşərək həyatını itirmişdi. Jotanın “Liverpul”la müqaviləsinin başa çatmasına iki il qalmışdı.
Slot həmçinin “Enfild” azarkeşlərinin və futbolçuların dəstəyini xüsusi vurğulayıb:
“Şəhərin kədəri, azarkeşlərin minlərlə çiçək gətirməsi, xatirə guşələrinin yaradılması – bunların hamısı ‘Liverpul’un necə bir klub olduğunu göstərir. Jotanın dəfnində futbolçuların davranışı da nümunəvi idi.”
Mütəxəssis ailənin yaşadığı ağrını təsəvvür etməyin belə çətin olduğunu deyib:
“Bəzən öz-özümə düşünürəm: həyat yoldaşı və uşaqları indi nə hiss edir? Çünki çox ağırdır… Bizim həyatımız davam edir, amma onlarınkı isə tamamilə dəyişib.”
© Copyright 2025, All Rights Reserved