“Liverpul” köhnə günlərə dönür

“Liverpul” və “Carlsberg” arasında tarixi əməkdaşlıq yenidən başlaya bilər.
90plus.az xəbər verir ki, “Liverpul” klubu illər sonra yenidən “Carlsberg” ilə forma sponsorluğu barədə danışıqlara başlayıb.
Hazırda “Liverpul”un əsas sponsorluğu “Standard Chartered” şirkətinə məxsusdur. Bu müqavilə 2026/27 mövsümünün sonunda başa çatacaq. Məhz bundan sonra “Carlsberg”in 2027/28 mövsümündən etibarən komandanın formalarının ön hissəsinə qayıtması ehtimal olunur.
Məlumata görə, tərəflər arasında aparılan ilkin danışıqlar müsbət məcrada davam edir və həm “Liverpul”, həm də “Carlsberg” bu tarixi əməkdaşlığın bərpasında maraqlıdır.
Mənbə: KrrishFT
© Copyright 2025, All Rights Reserved