"Liverpul" liqa sonuncusuna uduzdu
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 29-cu turunda turnir cədvəlinin son sırasında qərarlaşan "Vulverhempton" doğma meydanda "Liverpul"u qəbul edib.
Oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. Matçın əsas hadisələri isə ikinci yarıda yaşanıb. 78-ci dəqiqədə Rodriqo Qomeşin qolu ilə hesabı açan ev sahibi komanda sensasiyaya imza atmağa yaxınlaşıb.
"Liverpul" 83-cü dəqiqədə Məhəmməd Salahın dəqiq zərbəsi ilə bərabərliyi təmin etsə də, son sözü meydan sahibləri deyib. 90+4-cü dəqiqədə Andre fərqlənərək "Vulverhempton"a vacib qələbə qazandırıb – 2:1.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
Bu nəticə ilə ardıcıl ikinci qələbəsini əldə edən "Vulverhempton" xallarının sayını 16-ya çatdırıb. "Liverpul" isə 48 xalla mövqeyini dəyişməyib.
© Copyright 2026, All Rights Reserved