"Liverpul" London klubundan müdafiəçi alır

"Kristal Pelas" Mark Qehi transferi ilə bağlı mövqeyini açıqlayıb.
90plus.az xəbər verir ki, "Liverpul" 25 yaşlı müdafiəçi üçün 35 milyon funt-sterlinq təklif edib. Lakin London təmsilçisi bu təklifə cavab olaraq, 35 milyon funtla yanaşı, əlavə 5 milyon funt bonus da tələb etdiyini bildirib.
Tərəflər arasında danışıqlar davam edir və "qırmızılar" transfer pəncərəsi bağlanmazdan əvvəl keçidi rəsmiləşdirmək istəyir.
Bildirilib ki, “Kristal Pelas” danışıqlara “Liverpul”un müdafiəçisi Co Qomezi də daxil etməyə çalışsa da, mersisayd klubu öz oyunçusunu satmaq niyyətində deyil.
Qeyd: Mark Qehi ötən mövsüm Premyer Liqada 34 oyunda forma geyinib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved