“Liverpul” məğlub oldu
"Bornmut" "Liverpul"un 13 oyunluk seriyasını bitirdi: Adli son dəqiqə qələbəsini gətirdi.
90plus.az xəbər verir ki, Premyer Liqada "Bornmut" evdə "Liverpul"i məğlub edərək, qırmızıların 13 matçlıq məğlubiyyətsizlik seriyasına son qoydu. Oyun Vitaliti Stadiumda baş tutub və dramatik sonluqla yadda qaldı.
Matçın 95-ci dəqiqəsində isə Amine Adli "Bornmut"a son dəqiqə qələbəsini gətirdi. VAR yoxlamasından sonra qol təsdiqləndi və "Liverpul" bu mövsümdə ilk dəfə məğlub oldu.
Bu nəticə ilə "Liverpul" 4-cü pillədə qalır, "Bornmut" isə turnir cədvəlində 13-cü sıraya yüksəlib.
Bornmut 3 - 2 Liverpul
Evanilson 26’
A. Ximenes 33’
V. Van Dayk 45+1’
Soboslai 80’
A. Adli 90+5’
Qollar: https://t.me/doxsanplus/113678
© Copyright 2026, All Rights Reserved