"Liverpul" Qehini alır

"Liverpul" klubu müdafiə xəttini gücləndirmək üçün daha bir mühüm transferə imza atmağa hazırlaşır.
90plus.az xəbər verir ki, Mersisayd təmsilçisi "Kristal Palas"la mərkəz müdafiəçisi Mark Qehinin transferi üçün 35 milyon funt sterlinqdən artıq məbləğ qarşılığında razılıq əldə edib. Müqaviləyə 10%-lik gələcək satışdan pay maddəsi də daxildir.
25 yaşlı futbolçu şəxsi razılıqları artıq bir ay əvvəl "Liverpul"la razılaşdırmışdı. Transferin rəsmiləşməsi isə tibbi müayinədən keçdikdən və sənədləşmə işləri tamamlandıqdan sonra baş tutacaq.
İngiltərə millisinin sabit üzvü olan Qehi 2021-ci ildə "Çelsi"dən "Kristal Palas"a keçmiş və "Selhest Park"da əsas heyətin ayrılmaz hissəsinə çevrilmişdi. Onun Arne Slotun rəhbərliyi altında "Liverpul"un müdafiəsinə əlavə güc qatacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved