“Liverpul” müdafiə xəttini gücləndirdi: 43 milyon avroluq transfer
Qış transfer dövründə müdafiə xəttini gücləndirmək istəyən İngiltərə nəhəngi “Liverpul” axtardığı mərkəz müdafiəçisini Belçikada tapıb.
90plus.az xəbər verir ki, Mersisayd təmsilçisi “Brügge”nin 21 yaşlı stoperi Coel Ordonezin transferi üçün klubu ilə prinsipial razılıq əldə edib.
Məlumata görə, “Liverpul” bu transfer üçün "Brügge”yə ümumilikdə 43 milyon avro ödəyəcək. Məbləğin 35 milyon avrosu sabit, 8 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub.
Daha əvvəl “Kristal Pelas”dan Mark Qehi üçün edilən cəhdlərdən nəticə ala bilməyən “Liverpul” diqqətini Belçika bazarına yönəldib. Yayda transfer olunan 19 yaşlı Covanni Leoninin ağır zədəsi və İbrahima Konatenin müqavilə vəziyyətinin qeyri-müəyyənliyi bu mövqeyə gücləndirməni zəruri edib.
Qeyd: Coel Ordonez 2022-ci ildə “İndependyente del Valle”dən cəmi 3,9 milyon avro qarşılığında “Brügge”yə transfer olunmuşdu. Gənc müdafiəçi qısa müddətdə göstərdiyi sürətli inkişafla klubuna böyük gəlir qazandırmağa çox yaxındır.
© Copyright 2026, All Rights Reserved