"Liverpul" müdafiəçisini itirdi

“Liverpul” ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Co Qomes zədələnib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
28 yaşlı mərkəz müdafiəçisi axilles vətərində problem yaşadığı üçün komandanın Asiyada keçirilən təlim-məşq toplanışını yarımçıq tərk edərək İngiltərəyə dönüb.
Qeyd: Co Qomes 2015-ci ilin yayında “Çarlton” klubundan “Liverpul”a transfer olunub. O, ötən mövsüm Mersisayd təmsilçisinin heyətində 17 rəsmi oyunda forma geyinib və İngiltərə millisinin də üzvüdür.
© Copyright 2025, All Rights Reserved