"Liverpul" qapısını daha 1 il Bekkerə əmanət edəcək
“Liverpul” qapıçısı Alisson Bekkerlə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, İngiltərə çempionu braziliyalı qolkiperin müqaviləsinin müddətini uzadıb. Bu barədə futbolçunun meneceri Ze Mariya Ness məlumat verib.
Klub 33 yaşlı qapıçının 2027-ci ilin yayında başa çatmalı olan sözləşməsini daha 1 il uzadıb.
Qeyd: “Liverpul” Alisson Bekkeri 2018-ci ilin yayında “Roma”dan 72,5 milyon avro qarşılığında transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində 33 rəsmi oyunda meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved