“Liverpul - Qarabağ” bileti 115 manata satılır
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması ilə bağlı azarkeşlər üçün ayrılan kvota açıqlanıb.
90plus.az xəbər verir ki, “Enfild” stadionunda baş tutacaq oyun üçün “Qarabağ” fanatlarına ümumilikdə 1250 yer ayrılıb. Qarşılaşmanı yerində izləmək istəyən azarkeşlər üçün biletlər bu gün saat 12:00-dan etibarən “iTicket.az” platforması vasitəsilə onlayn satışa çıxarılacaq. Biletlərin qiyməti 115 manat təşkil edir.
Qeyd: “Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də keçiriləcək və oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved