“Liverpul” “Qarabağ”ın ulduzunun birini “yedi”
“Liverpul” “Qarabağ”la bağlı paylaşımda səhvə yol verdi.
90plus.az xəbər verir ki, Çempionlar Liqası oyunu ilə bağlı paylaşımda Ağdam təmsilçisinin loqosunda 2 ulduz əvəzinə 1 ulduzun yer aldığı görünür.
Loqodakı ulduzlar qazanılan böyük titulları, əsasən isə çempionluqların sayını simvolizə edir. Adətən 1 ulduz = 5 çempionluq deməkdir.
“Qarabağ” FK isə Azərbaycan Premyer Liqasında 12 dəfə çempion olub və bu uğur klubun rəsmi loqosunda 2 ulduzla əks olunur.
Xatırlatma: “Liverpul” – “Qarabağ” görüşü yanvarın 28-də Bakı vaxtı ilə saat 00:00-da “Enfild Road” stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved