"Liverpul" Salaha əvəzləyici tapdı - Sərvət ödəyəcək
"Liverpul" transfer bazarında sürpriz hədəflə gündəmə gəlib.
90plus.az xəbər verir ki, mövsümün sonunda Mohamed Salah ilə yollarını ayıracaq İngiltərə təmsilçisi "RB Leypsiq"in gənc istedadı Yan Diomandeni transfer etmək istəyir.
Məlumata görə, tərəflər arasında ilkin təmaslar başlayıb və Almaniya klubu 19 yaşlı sol cinah oyunçusu üçün ən azı 100 milyon avro tələb edir.
Alternativ variantlar da nəzərdən keçirilir. Bildirilir ki, "Liverpul" "İnter"in hücumçusu Markus Turam və "Yuventus"un gənc futbolçusu Çiko Konseisaonu da siyahısına əlavə edib.
Qeyd: Yan Diomande bu mövsüm "RB Leypsiq" forması ilə bütün turnirlərdə 29 oyuna çıxaraq 11 qol və 8 məhsuldar ötürmə ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved