"Liverpul" Salahın yerinə futbolçunu Almaniyada tapdı
"Liverpul"da ayrılığı rəsmiləşən Məhəmməd Salahın yerinə əsas namizəd müəyyənləşib.
90plus.az xəbər verir ki, mövsümün sonunda "Liverpul"dan ayrılacaq Mohamed Salahın əvəzinə İngiltərə nəhəngi "Bayern Münhen"in hücumçusu Maykl Oliseni transfer etməyi planlaşdırır.
Məlumata görə, "Liverpul" bu keçid üçün rekord məbləğ ödəməyə hazırdır. İngilis klubu fransalı futbolçu üçün 200 milyon avroya qədər vəsait xərcləyə bilər ki, bu da ölkə transfer rekordu ola bilər.
Bu mövsüm göstərdiyi performansla diqqət çəkən Maykl Olise 15 qol və 23 məhsuldar ötürmə ilə Avropanın ən effektiv oyunçularından birinə çevrilib.
Qeyd: Bu transfer iddiası futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub və yaxın transfer pəncərəsində əsas gündəm mövzularından biri kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved