"Liverpul" serbiyalı hücumçuya maraq saldı
                            
                        
                            
                                “Liverpul” heyətini serb hücumçu ilə gücləndirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, bu xəbəri “The Mirror” nəşri yayıb. Söhbət “Zalsburq”un hücumçusu Petar Ratkovdan gedir.
Mersisayd klubu 22 yaşlı oyunçunun keçidini mövsümün sonunda həll etməyi düşünür. Onun Avstriya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının 30-na qədərdir. Ratkov 2023-cü ildə “Baçka Topla”dan “Zalsburq”a transfer olunub.
Serb forvard hazırda Avstriya Bundesliqasında 7 qol ilə bombardirlər siyahısının lideridir.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved