“Liverpul” U-17-dən iki ulduzu gözaltı edib
“Liverpul” U-17 Dünya Çempionatının iki ulduzunu transfer etməyə yaxındır.
90plus.az xəbər verir ki, “Liverpul” klubu son U-17 Dünya Çempionatında diqqət çəkən iki gənc futbolçunun transferi üzrə razılaşmanın astanasındadır.
Məlumata görə, Seneqal millisinin üzvü Talla Ndiaye yaxın zamanda “qırmızılar”a qoşula bilər. Avstriya təmsilçisi İfeanyi Ndukvenin isə yay transfer pəncərəsində komandaya cəlb olunması planlaşdırılır.
Qeyd olunur ki, hər iki futbolçu mərkəz müdafiəçisi mövqeyində çıxış edir və “Liverpul”un uzunmüddətli layihəsinin bir hissəsi kimi nəzərdə tutulur. Klub rəhbərliyi gənc və perspektivli oyunçuların erkən mərhələdə heyətə qatılmasını prioritet hesab edir.
🔗: This Is Anfield
© Copyright 2026, All Rights Reserved