"Liverpul"da 150 milyonluq transfer "siftəni elədi" - Londondan 3 xal
Premyer Liqada “Liverpul” səfərdə “Vest Hem”i məğlub etdi – 150 milyon avroluq transfer ilk qolunu vurdu.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 13-cü turunda “Vest Hem” öz meydanında “Liverpul”u qəbul edib. London Stadionunda keçirilən qarşılaşma qonaq komandanın ikinci hissədə vurduğu qollarla 2:0 hesabı ilə başa çatıb.
“Liverpul”un qollarını 60-cı dəqiqədə Aleksandr Isak, 90+2-ci dəqiqədə isə Kodi Qakpo vurub. “Vest Hem”in futbolçusu Paketa 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib.
Vest Hem 0-2 Liverpul
Alexander Isak 60'
Cody Gakpo 90+2'
Qolları bu linkə klikləyərək izləyə bilərsiniz
Bu nəticə ilə “Liverpul” iki oyunluq qələbəsiz seriyanı sonlandıraraq xalını 21-ə yüksəldib. “Vest Hem” isə 11 xalda qalıb.
150 milyon avroya transfer edilən Isakdan ilk qol
Yay transfer pəncərəsində “Nyukasl Yunayted”dən 150 milyon avroya transfer olunan Aleksandr Isak, “Liverpul” forması ilə çıxdığı 6-cı Premyer Liqa matçında ilk qolunu qeyd edib.
© Copyright 2025, All Rights Reserved