“Liverpul”da Arne Slot böhranı dərinləşir – əvəzləyici hazırdır
İngiltərə Premyer Liqasının nəhəng klublarından olan “Liverpul”da baş məşqçi Arne Slotla bağlı böhran davam edir.
90plus.az xəbər verir ki, son həftələrdə qeydə alınan uğursuz nəticələrdən sonra niderlandlı mütəxəssis həm azarkeşlərin, həm də bəzi futbolçuların dəstəyini itirib. Bu səbəbdən Arne Slotun baş məşqçi postundakı mövqeyi ciddi şəkildə sarsılıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi mövsümün sonunda yekun qərar verməyi planlaşdırsa da, qarşıdakı çətin oyun təqvimi təzyiqi daha da artırır. Əgər komandanın nəticələrində yaxşılaşma baş verməzsə, Arne Slotun vəzifəsindən uzaqlaşdırılması qaçılmaz ola bilər.
Onu da qeyd edək ki, Arne Slotun mümkün əvəzləyicisi kimi klubun sabiq futbolçusu və hazırda məşqçi kimi fəaliyyət göstərən Xabi Alonso əsas namizəd sayılır. İspan mütəxəssisə dəstək verənlərin sayı da getdikcə artır.
“Liverpul”un xüsusilə vacib qarşılaşmalardakı çıxışı isə baş məşqçi ilə bağlı veriləcək qərarda həlledici rol oynayacaq.
© Copyright 2026, All Rights Reserved