"Liverpul"da ciddi zədə - "Qalatasaray"la oyunda olmayacaq
UEFA Çempionlar Liqası son 16 turu ilk oyunu üçün səfərdə “Qalatasaray”la qarşılaşacaq “Liverpul”a pis xəbər gəlib.
90plus.az xəbər verir ki, klubun əsas oyunçularından Aleksis Mak Allister son oynanan “Vulverhempton” matçında zədələnərək oyunu davam etdirə bilməyib.
FA Cup 5-ci turunda səfərdə “Vulverhempton”u 3:1 hesabı ilə məğlub edən “Liverpul”da Mak Allister matç ərzində aldığı zədə səbəbindən meydanı tərk edib. Komandanın baş məşqçisi Arne Slot oyun sonrası bildirib ki, argentinalı futbolçunun zədəsi ciddi deyil.
Bu mövsüm “Liverpul” forması ilə 41 rəsmi oyunda meydana çıxan Mak Allister, 5 qol və 4 assistlə komandaya dəstək verib.
© Copyright 2026, All Rights Reserved