“Liverpul”dan son 7 oyunda 6-cı məğlubiyyət
Premyer Liqanın son çempionu “Liverpul”un nəzarətdən çıxan enişi davam edir.
90plus.az xəbər verir ki, Arne Slotun rəhbərliyi altında mövsümə 5-də 5 qələbə ilə başlayan komanda son həftələrdə ciddi uğursuzluq yaşayır. "Qırmızılar” liqadakı son 7 görüşün 6-da, son 11 oyunun isə 8-də məğlub olub. Nəticələr fonunda hollandiyalı mütəxəssisin komandadakı gələcəyi artıq sual altına düşüb.
“Liverpul 0 – 3 Nottingem Forest” Murillo 33’
Savona 46’
Gibbs Uayt 78’
Qollar: https://t.me/doxsanplus/110970
Arne Slotun komandası bu gün “Nottingem Forest”ə qarşı:
• 21 zərbə
• 0 böyük qol şansı
• 3 buraxılan qol
“Liverpul” toparlana bilmir
Arne Slotun rəhbərliyi ilə ötən mövsüm Premyer Liqa çempionu olan “Qırmızılar” bu mövsümün ortalarında ciddi forma itkisinə məruz qalıb. Son nəticələrdən sonra “Liverpul” 12 turda topladığı 18 xalla cədvəldə yalnız 11-ci pillədə qərarlaşıb.
Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli “Liverpul”
“Kristal Palas”, “Qalatasaray”, “Çelsi” və “Mançester Yunayted” məğlubiyyətlərinin ardından UEFA Çempionlar Liqasında əvvəlcə səfərdə “Frankfurt”, daha sonra isə “Enfild”də “Real Madrid” üzərində qazanılan qələbələr komandanın Avropadakı çıxışına ümid verib. Lakin Premyer Liqadakı pis gedişat hələ də davam edir.
Son olaraq səfərdə “Mançester Siti”yə 3–0 hesabı ilə məğlub olan Slotun komandası eyni aqibəti bu dəfə öz meydanında “Nottingem Forest” qarşısında yaşadı. Azarkeşlər isə komandanın enişdən nə zaman çıxacağına cavab gözləyirlər.
© Copyright 2026, All Rights Reserved