"Liverpul"da "Qalatasaray" matçı öncəsi Florian Virtz açıqlaması
"Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının son 16 turunda "Qalatasaray"la keçirəcəkləri oyun öncəsi zədəli futbolçu Florian Wirtzin son durumu barədə mühüm açıqlamalar verib.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan "Liverpul"da alman yarımmüdafiəçinin vəziyyəti diqqət mərkəzindədir.
İngiltərə Premyer Liqasının 29-cu turunda "Liverpul" səfərdə "Vulverhempton"la qarşılaşacaq. Matç öncəsi təşkil edilən mətbuat konfransında danışan Arne Slot bildirib ki, Florian Virtz nə bu oyunda, nə də gələn həftə keçiriləcək İngiltərə Kuboku matçında meydana çıxa biləcək.
Niderlandlı mütəxəssis futbolçunun durumu ilə bağlı suala belə cavab verib:
“Sabahkı oyun onun üçün çox tezdir, böyük ehtimalla cümə günkü matç da erkən olacaq. Görək vəziyyət necə inkişaf edəcək. Ümid edirik ki, gələn həftə hansısa mərhələdə onu yenidən komandada görəcəyik. Bəlkə bir az tez, bəlkə bir az gec, amma zaman qrafiki bu istiqamətdədir.”
Arne Slot həmçinin qeyd edib ki, Florian Virtz martın 10-da "Qalatasaray"a qarşı keçiriləcək Çempionlar Liqası oyununa qədər də hazır olmayacaq.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm "Liverpul" forması ilə 35 oyunda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, "Liverpul" vacib mərhələdə "Qalatasaray"la qarşılaşma öncəsi əsas oyunçularından birinin xidmətindən məhrum olacaq.
© Copyright 2026, All Rights Reserved