"Liverpul"dan ardıcıl məğlubiyyət gəldi

90plus.az xəbər verir ki, həftə içi UEFA Çempionlar Liqasında “Qalatasaray”a 1:0 hesabı ilə uduzan “Liverpul”, Premyer Liqada da sürpriz məğlubiyyətlə üzləşib. Arne Slotun komandası bu dəfə “Çelsi”yə səfərdə 2:1 hesabı ilə məğlub olub.
İngiltərə Premyer Liqasının 7-ci turunda “Çelsi” doğma meydanda “Liverpul”u qəbul edib. Görüş dramatik şəkildə “zadəganlar”ın qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 14-cü dəqiqədə Moisés Kaysedo açıb və “Çelsi” ilk hissəni 1:0 öndə başa vurub. İkinci hissədə 63-cü dəqiqədə “Liverpul” Kodi Qakpo ilə cavab qolunu vuraraq tarazlığı bərpa edib.
Lakin qarşılaşmanın taleyini 90+6-cı dəqiqədə Estevao müəyyən edib. Onun son dəqiqə qolu “Çelsi”yə vacib 3 xal qazandırıb.
Çelsi 2 - 1 Liverpul
M. Caicedo 14'
C. Gakpo 63'
Estêvão 90+6'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/108718
https://t.me/doxsanplus/108726
https://t.me/doxsanplus/108730
Bu qələbə ilə “Çelsi” xallarını 11-ə yüksəldib, “Liverpul” isə 15 xalda qalıb.
Növbəti turda “Çelsi” səfərdə “Nottingem Forest”in qonağı olacaq. “Liverpul” isə öz meydanında “Mançester Yunayted”lə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved