“Liverpul”dan İsak üçün çılğın transfer təklifi

“Liverpul” isveçli hücumçu Aleksander İsak üçün “Nyukasl Yunanyted” klubuna rekord məbləğdə təklif göndərib.
90plus.az xəbər verir ki, Premyer Liqa nəhəngi 24 yaşlı forvard üçün 120 milyon funt sterlinq ödəməyə hazırdır.
“Nyukasl Yunayted” rəhbərliyi daha əvvəl gələn təklifləri rədd etsə də, bu dəfə sövdələşmənin baş tutma ehtimalı yüksək qiymətləndirilir. Klub maliyyə qaydaları ilə bağlı çətinliklər yaşayır və bu səbəbdən İsakın satışı gündəmdədir.
“Liverpul”un yeni hücumçuya ehtiyacı var və komanda İsveç millisinin üzvünü əsas hədəf kimi görür. Əgər tərəflər razılığa gəlsələr, bu transfer İngiltərə futbol tarixində ən bahalı keçidlərdən biri olacaq.
Həmçinin oxu: https://90plus.az/nyukasl-isak-crimlyck/xeber/
© Copyright 2025, All Rights Reserved