"Liverpul"dan Soboslai qərarı
"Liverpul" "Real"ın maraq dairəsində olan Dominik Soboslai ilə bağlı yekun qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, İngiltərə çempionu macar yarımmüdafiəçini satışa çıxarmaq niyyətində deyil. Bu barədə "TEAMtalk" nəşri xəbər yayıb.
Mersisayd klubu Soboslai ilə müqavilənin müddətini uzatmağı düşünür. Premyer Liqa təmsilçisi yeni anlaşma çərçivəsində 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin əməkhaqqını da artırmağı planlaşdırır.
Xatırlatma: "Liverpul" Dominik Soboslaini 2023-cü ilin yay transfer dönəmində "Leypziq"dən 70 milyon avro qarşılığında heyətinə qatmışdı. Macarıstan yığmasının üzvü cari mövsümdə “qırmızılar”ın heyətində 35 rəsmi qarşılaşmada iştirak edib, 10 qol vurub və 7 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved