"Liverpul"dan son saniyədə qol sevinci

90plus.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda son çempion "Liverpul" "Börnli"nin meydanına qonaq gedib və dramatik penalti sayəsində vacib qələbə qazanıb – 1:0.
Oyun boyunca "qırmızılar" təzyiqi artırsa da, rəqib qapısını 25 dəfə yoxlamağa baxmayaraq qol vura bilməyib. Ancaq "Börnli"nin tunis əsilli fransız yarımmüdafiəçisi Hannibal Mejbrinin 90+4-cü dəqiqədə sağ cinahdan edilən ortanı əl ilə kəsərək rəqibinə penalti verməsi oyunun taleyini dəyişib. Bu səhv sosial şəbəkələrdə geniş müzakirə olunub.
Mohamed Salah isə 90+5-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək "Liverpul"u 3 xal ilə təmin edib.
Bu nəticə ilə "Liverpul" mövsümdə 4-cü qələbəsini qazanaraq xallarını 12-yə yüksəldib. "Börnli" isə hələlik 3 xalda qalıb.
Matçda vurulan qolun videosu:
https://t.me/doxsanplus/107607
© Copyright 2025, All Rights Reserved