“Liverpul” çempion olandan sonra udmur

İngiltərə Premyer Liqasının 37-ci turunda artıq çempionluğu təmin etmiş “Liverpul” səfərdə “Brayton”a 2:3 hesabı ilə məğlub olub.
90plus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada “Liverpul”un qollarını 9-cu dəqiqədə Harvey Elliot və 45-ci dəqiqədə Dominik Soboslay vurub. “Brayton” isə geridönüş edərək 32-ci dəqiqədə Yasin Ayari, 69-cu dəqiqədə Kaoru Mitoma və 85-ci dəqiqədə Hinşelvudun qolları ilə qələbəni təmin edib.
Bu nəticədən sonra “Liverpul” xallarını 83-də saxladı. “Brayton” isə 58-ci xalını qazandı.
İPL çempionu cari mövsümdəki 4-cü liqa məğlubiyyətini aldı. “Qırmızılar” çempion olandan sonra udmayıb.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/103042
https://t.me/doxsanplus/103041
https://t.me/doxsanplus/103040?single
© Copyright 2025, All Rights Reserved