“Liverpul”la hər şeyə razıdır
Endi Robertson “Liverpul”dakı gələcəyi barədə danışdı.
90plus.az xəbər verir ki, “Liverpul”un kapitanı Endi Robertson klubdakı gələcəyi ilə bağlı yaranan söz-söhbətlərə münasibət bildirib.
Şotland futbolçu hər şeyin təmkinlə və klub daxilində həll olunacağını deyib:
🗣️ Robertson: “Liverpul mənim üçün hər şeyi edib. Nə baş verəcəksə, qapalı qapılar arxasında baş verəcək və mən bu vəziyyətə tam sakit yanaşıram. Əgər bu, mənim son ilim olacaqsa — deməli, son ilimdir. Əgər olmayacaqsa, necə olacaqsa, elə də olsun.”
Klubda yeni müqavilə məsələsi gündəmdə qalır, lakin “Liverpul”un bu istiqamətdə yekun qərarının nə vaxt veriləcəyi hələlik bəlli deyil. Robertsonun mövqeyi isə açıqdır — o, bütün ehtimallara hazırdır.
© Copyright 2026, All Rights Reserved