"Liverpul"un futbolçusu 6 həftəlik sıradan çıxdı
 
                             
                         
                             
                                İngiltərənin “Liverpul” komandasının sağ cinah müdafiəçisi Ceremi Frimpong zədələndiyi üçün müəyyən müddət klubuna kömək edə bilməyəcək.
90plus.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin açıqlamasına görə, 24 yaşlı holland futbolçu Çempionlar Liqasında “Ayntraxt”la (5:1) qarşılaşmada bud əzələsinin arxa hissəsini zədələyib. Nəticədə Frimpong təxminən 6 həftə meydanda olmayacaq.
Cari mövsümdə Ceremi Frimpong “Liverpul”un heyətində 9 oyuna çıxıb və 1 qol vurub.
Qeyd: “Liverpul” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı qarşılaşma gələn il yanvarın 29-da İngiltərədə baş tutacaq.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved