"Liverpul"un futbolçusu "Ayaks" yolçusudur

"Liverpul" Ceyms Makkonnellin müqaviləsinin müddətini uzadıb.
90plus.az xəbər verir ki, İngiltərə çempionu 20 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. Bu barədə "The Athletic" nəşri məlumat yaayıb.
"Qırmızılaar" ingiltərəli futbolçunu icarəyə verəcək. Gənc oyunçu 2025/2026 mövsümünü "Ayaks"ın heyətində keçirəcək.
Qeyd: "Liverpul" Ceyms Makkonnelli 2019-cu ilin yayında "Sauthempton"un akademiyasından transfer edib. O, İngiltərə U-20 millisinin üzvüdür.
© Copyright 2025, All Rights Reserved