"Liverpul"un futbolçusu: “Hər zaman Arne Slotun arxasındayıq”
"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons İtaliyada "İnter" üzərində əldə olunan 1:0 hesablı qələbədən sonra baş məşqçi Arne Slota dəstəyini ifadə edib.
90plus.az xəbər verir ki, Cons jurnalistlərə açıqlamasında bunları deyib:
"Biz həmişə Arne Slotun yanındayıq. O da insanıdır, təbii ki, uduzduqda bu ona təsir edir. Bizə də təsir edir, azarkeşlərə də. O, pozitiv insandır, daim dəyişiklik etməyə çalışır və oyunun üslubu bir qədər dəyişib. O, bizim qədər acdır, bizimlə eyni düşüncədədir. O bizim üçün buradadır, biz də onun üçün."
Son günlərdə Slot böyük təzyiqlə üzləşib. Xüsusilə də Misirli ulduz Məhəmməd Salahın açıqlamaları müzakirə mövzusu olmuşdu. Salah baş məşqçi ilə “heç bir münasibətinin” olmadığını demiş, klubun onu “təcrid etməyə çalışdığını” iddia etmişdi.
Salah heyətdən kənar qaldıqdan sonra "Liverpul" İtaliyada vacib qələbə qazanaraq məğlubiyyətsiz seriyasını 4 matça yüksəldib. Misirli hücumçunun "Brayton" qarşılaşmasını da buraxacağı və ardından Afrika Millətlər Kuboku üçün komandaya qoşulacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved