"Liverpul"un futbolçusu komandadan getmək istəyir

İbrahim Konate “Liverpul”dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
90plus.az xəbər verir ki, 26 yaşlı fransalı müdafiəçi gələcək karyerasını başqa komandada davam etdirməyə maraqlıdır və bu barədə qərarını artıq klub rəsmilərinə çatdırıb.
Konatenin “Liverpul”la olan müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir. Müdafiəçinin “Real Madrid”in transfer siyahısında olduğu bildirilir və əgər tərəflər razılığa gəlsələr, futbolçunun İngiltərəni tərk etməyə hazır olduğu vurğulanır.
Qeyd: Konate 2021-ci ilin yayında “Liverpul”a transfer olunub. O, 2024/2025 mövsümündə 42 oyunda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved