"Liverpul"un müdafiəçisi növbəti oyunda olmaya bilər
Konate “Liverpul”un məşqində iştirak etmədi – ehtiyat tədbiri görülür.
90plus.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate çərşənbə axşamı AXA Məşq Mərkəzində keçirilən komanda məşqində iştirak etməyib. Məlumata görə, futbolçunun məşqdən kənar qalması “Vulvz”la oyun öncəsi ehtiyat tədbiri kimi qiymətləndirilir.
Mərkəz müdafiəçisi baş məşqçi Arne Slotun heyəti ilə birlikdə məşq bazasına gəlsə də, nə zalda, nə də meydanda çalışmalara qoşulmayıb. Konate məşq zamanı klubun tibb və performans direktoru Conatan Pauerlə söhbət edərkən görüntülənib. Bu da onun fiziki yükünün nəzarət altında saxlanıldığını göstərir.
Hazırda Konatenin dekabrın 27-də “Enfild”də keçiriləcək “Vulvz”la qarşılaşmada oynayacağı dəqiq bilinmir. Bununla belə, oyunun start fitinə (saat 15:00) qədər hələ vaxt var və vəziyyətin yenidən dəyərləndiriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved