Əliyar Ağayev "Arsenal"ın oyununda baş hakimdir
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir qarşılaşmasında ədalət təmsil edəcək.
90plus.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edəcək. Ona kömək edəcək yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov, dördüncü hakim isə Elçin Məsiyev olacaq.
Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderlanddan) təyin olunublar.
Görüş noyabrın 4-də, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd: 3 turun nəticəsinə əsasən “Arsenal” 9 xalla 4-cü, “Slaviya” isə 2 xalla 28-ci pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved