Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat aldı
FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsində AEK (Larnaka, Kipr) və “Kristal Pelas” (İngiltərə) komandaları arasında keçiriləcək oyunda baş hakim kimi çıxış edəcək.
90plus.az xəbər verir ki, ona köməkçilər Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Niderlanddan Jeroen Manşot VAR hakimliyi edəcək, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR vəzifəsini icra edəcək.
Matç martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da baş tutacaq. İngiltərədəki ilk qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved