London derbisində qalib müəyyənləşmədi
Premyer Liqada London derbisi: “Çelsi” və “Arsenal” heç-heçə etdi – Meyson Kaysedo qırmızı vərəqə aldı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 14-cü turunda London derbisi baş tutub. “Çelsi” “Stamford Bric”də “Arsenal”ı qəbul edib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Derbinin 38-ci dəqiqəsində VAR müdaxiləsindən sonra Meyson Kaysedo sərt müdaxiləsinə görə qırmızı vərəqə alıb və “Çelsi” meydanda 10 nəfərlə qalıb. İlk hissə qolsuz yekunlaşıb.
İkinci hissənin 48-ci dəqiqəsində Trevo Çalobah standart vəziyyətdən vurduğu qolla “Çelsi”ni önə keçirib. “Arsenal” isə 59-cu dəqiqədə Mikel Merinonun qolu ilə hesabı bərabərləşdirib. Matçda başqa qol qeydə alınmayıb.
Bu nəticədən sonra “Arsenal” xalını 30-a yüksəldərək ən yaxın izləyicisi “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb. “Çelsi” isə 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb:
Çelsi 1 - 1 Arsenal
Trevoh Chalobah 48'
M. Merino 59'
© Copyright 2025, All Rights Reserved