London klubu yeni baş məşqçisini açıqladı

İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem”in yeni baş məşqçisi bəlli olub.
90plus.az xəbər verir ki , London klubu portuqaliyalı mütəxəssis Nunu Eşpiritu Santu ilə razılıq əldə edib. Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Portuqaliyalı çalışdırıcı ilə bu gün rəsmi müqavilə imzalanacağı gözlənilir.
Xatırladaq ki, “Vest Hem” bir müddət əvvəl Qrem Potterlə əməkdaşlığı dayandırıb. Nunu Eşpiritu Santunun son çalışdırdığı komanda isə “Nottingem Forest” olub.
© Copyright 2025, All Rights Reserved